21 Noyabr 2014 14:01
390

Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Rauf Şahbazov vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, piyada xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford-Tranzit” markalı avtomobilin sürücüsü, şəhər sakini İlqar Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...