Bakıda dilənçiliklə məşğul olan 17 azyaşlı saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 17 azyaşlı müəyyən olunub. Profilaktik söhbətlər aparıldıqdan sonra onlardan 3 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib.
Hacı Zeynalov