21 Noyabr 2014 14:43
453

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Astara rayon sakini İsa Allahverdiyevin idarə etdiyi “Mercedes” və Cəlilabad rayon sakini Bəlafər Abdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş İsa Allahverdiyev ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...