21 Noyabr 2014 15:43
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tələbəni döyərək qətlə yetirən Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Pərviz Abbasquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Səfiyar oğlu Cəfərov ağır bədən xəsarətləri və kəllə beyin travması ilə xəstəxanaya daxil olub. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirib. Həkimlərin səyinə baxmayaraq, Vüsal Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Vüsal Cəfərovun döyülərək xəsarət aldığı müəyyənləşib. Ona xəsarət yetirən şəxsin isə Abşeron rayon sakini Pərviz Mirzə oğlu Abbasquliyev olduğu məlum olub. Pərviz Abbasquliyev saxlanılıb.

Qətlə yetirilən Vüsal Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, həmçinin bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. Vüsal Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Pərviz Abbasquliyev bildirib ki, Vüsal Cəfərov ilə şəxsi münasibətlər zəminində mübahisələri olub. Onun sözlərinə görə, mübahisə zamanı cinayət hadisəsi baş verib.
Məhkəmə iclası noyabrın 28-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər