22 Fevral 2022 00:28
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Səyyar Hüseynzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydalarına uyğun olaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan RPŞ-yə gətirilib və tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.

S.Hüseynzadə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Teleqraf.com