21 Noyabr 2014 18:02
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

İl ərzində 13 qadın narkotik vasitələri keçirməyə cəhd göstərib

Gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, asan yolla qazanc əldə etmək məqsədi ilə insanların həyatını və sağlamlığını, ölkənin genefondunu belə təhlükə altına qoyanlar müxtəlif üsullarla respublikanın gömrük sərhədindən narkotik vasitələri keçirməyə çalışırlar. Aşkar edilən faktların analizi göstərir ki, son zamanlarda narkotik vasitələri ölkəyə gətirmək istəyənlər hətta öz həyatlarını belə təhlükə altında qoyaraq narkotik vasitələri daxili orqanlarında daşıyırlar. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktlarınqarşısı alınır.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İdarənin “Qoşa Təpə” Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn zaman saxlanılan Azərbaycan Respublikası vətəndaşı Əbdurəhmanov Ruslan Vaqif oğlunun daxili orqanından üç növ narkotik vasitə aşkar edilib. Üzərində şəxsi yoxlama aparılan Ruslan Əbdurəhmanovdan şəffaf sellofandan hazırlanan 3 ədəd büküm müəyyən edilib. Birinci bükümdə xalis çəkisi 48,628 qram olan narkotik vasitə tiryək, digər bükümdə xalis çəkisi 33,755 qram olan narkotik vasitə heroin, 3-cü bükümdə isə cəmi 12 ədəd “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan, sintetik narkotik vasitə sayılan metadon adlı həblər aşkar edilərək götürülüb.

“Qoşa Təpə” Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şəfiyev Sabir Cabir oğlunun da üzərində şəxsi yoxlama aparan gömrükçülər oxşar mənzərə ilə qarşılaşıb. Onun da daxili orqanında gömrük nəzarətindən gizlədilmiş, 3 ədəd ayrı-ayrılıqda şəffaf selofana bükülü bükümlərdə narkotik vasitələr olduğu müəyyən edilib. 1-ci bükümdə xalis çəkisi 50,155 qram olan narkotik vasitə tiryək, digər bükümdə xalis çəkisi 49,454 qram olan narkotik vasitə heroin, 3-cü bükümdə isə 10 ədəd “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan, sintetik narkotik vasitə sayılan metadon adlı həblər aşkar edilərək götürülüb.

Ümumiyyətlə, cari ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən bu kimi 38 fakt aşkarlanıb, daxili bədən boşluqlarında gizlədilməklə keçirilməsinə cəhd edilən 3 kiloqram 736 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Təəssüf doğuran hallardan biri də bu işlərə qadınların da cəlb edilməsidir. Belə ki, cari ildə 13 qadın bu üsulla narkotik vasitələri keçirməyə cəhd göstərib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər