21 Noyabr 2014 18:08
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Orxan Əlizadə tutulub.

O, noyabrın 7-də saat 23:50 radələrində, A.Mustafayev küçəsində Cəlilabad rayon sakini Rahim İsmayılova münaqişə zəminində bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: