22 Noyabr 2014 06:59
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalan uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:44-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər