Goranboy rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini 1930-cu il təvəllüdlü Tahir Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Məmmədova xüsusi amansızlıqla qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov