3 Mart 2022 19:49
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda 21 yaşlı qızı qaçıran ata və oğlu məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Göyçay Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Qərara əsasən, Ə.M. barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.M.-in atası A.M.-yə isə ev dustaqlığı verilib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər