Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib.
Nəticədə, evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə, mətbəxinin lambirdən ibarət tavanı 6 kv.m sahədə və 2 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.