7 May 2014 13:06
5 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti öldürən Güloğlan Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Güloğlan Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Ittihama görə, ötən il avqustun 29-da Güloğlan Abbasov Sabunçu rayonunda kriminal aləmdə “Qara Tofiq” kimi tanınan Tofiq Həsənova “Makarov” tipli tapançadan atəş açaraq öldürüb.

Qeyd edək ki, Tofiq Həsənov əvvəllər Güloğlan Abbasovun iki qardaşını güllələyib. Lakin onun güllələdiyi Abbasov qardaşları sağ qalıb. Sonuncu hadisə zamanı Tofiq Həsənov Güloğlan Abbasova deyib ki, qardaşlarını güllələmişəm, səni də güllələyərəm. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Güloğlan “Qara Tofiqi” güllələyib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com