19 Mart 2022 11:01
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini döyülərək pulları əlindən alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə martın 14-də saat 6 radələrində bir nəfərin Bakı şəhər sakini R.Əhmədxanovu döyərək 100 manatını və 300 ABŞ dollarını alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahverənov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər