24 Noyabr 2014 12:02
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Qəbələ rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə Qəbələnin mərkəzində, Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb. Vahid Vahabovun yaşadığı mənzilə odlu silahla basqın edilib. Basqın edən şəxslər ev sahibi Vahab Vahabovu qətlə yetiriblər.

Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər