Bakıda avara və dilənçiliklə məşğul olan 14 nəfər azyaşlı saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan 14 nəfər azyaşlı saxlanılıb. Onlardan 4 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib, digərləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılıb.
Hacı Zeynalov