24 Noyabr 2014 16:04
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qorunmayan keçiddə Zəyəm qəsəbə sakini Sənan Bayramov idarə etdiyi “VAZ-2109” markalı avtomobili elektrovoza vurub. O, hadisə yerində ölüb.

Daha bir qəza Xızı rayonunun Sitalçay kəndində qeydə alınıb. Qorunmayan keçiddə Sumqayıt şəhər sakini İxtiyar Hadıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili elektrovoza vurub. Sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Nərimanov rayonunun M.Araz küçəsində də yol qəzası qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sahilə Cabbarova vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Daha bir yol qəzası Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Hacıqabul rayon sakini Rahim Abbasov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən Zaqatala rayon sakini Əminə Kipçatovanı vurub. Piyada hadisə yerində ölüb. Qaradağ rayonunda daha bir yol qəzası qeydə alınıb. Sahil qəsəbəsində Salyan şəhər sakini Rəqib Süleymanovun idarə etdiyi "Mercedes" və Saatlı rayon sakini Xəyal Hüseynovun idarə etdiyi "Hovo" markalı avtomobillər toqquşub. R.Süleymanovun sərnişinlərindən Bakı şəhər sakini Akif Səlimov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: