24 Noyabr 2014 16:16
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirəcək.

TQDK-nın Mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, TQDK sədri tədbirdə növbəti il üçün qəbul qaydaları, Abituriyent jurnalının 11-ci sayının təqdimatı və s. məsələlərlə bağlı məlumat verəcək.

Tədbir TQDK-nın köhnə ünvanında Akad. Həsən Əliyev 17 (saat 11:00-da) inzibati binasının 6-cı mərtəbəsində təşkil olunacaq.

NİGAR


Müəllif: