24 Noyabr 2014 17:02
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda silahlı insident baş verib.

Masallı rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Qaraş Kərimov ovda olan zaman ehtiyatsızlıqdan atəş açıb. Atəş nəticəsində açılan güllə Qaraş Kərimovun göz nahiyyəsidən dəyib. O, Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada tibbi yardım göstərilib və daha sonra müalicə alması üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: