25 Noyabr 2014 16:34
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu bir neçə gün əvvəl oteldə qətlə yetirilən qadının işi ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, noyabrın 20-də saat 21:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vulkan” otelinin hamam otağında 1979-cu il təvəllüdlü, Kürdəmir rayon sakini Şükürova Afaq Rafiq qızının boğaz nahiyəsində stranqulyasiya şırımı xəsarəti ilə müşayət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, cinayətin törədilməsində şübhəli bilinən A.Ağamaliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər