Salvadorda gecə saatlarında buraxılışla əlaqədar təşkil olunmuş bayram tədbirində naməlum silahlı şəxslər 8 nəfərdən ibarət bir ailəni qətlə yetiriblər.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, bayram şənliyi Sonsonate əyalətinin Santa Emiliya rayonunda, evlərin birində keçirilirmiş. Gecə saatlarında 4 naməlum silahlı şəxs evə hücum edərək, biri qadın olmaqla 8 nəfəri qətlə yetiriblər.
Yerli mətbuat öldürülən şəxslərin Salvadorun kriminal aləmi ilə əlaqəli olduğunu ehtimal edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat həyata keçirir.