Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Vüsal Müslümovun 13 il, Sergey Biserovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası dekabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş Sergey Biserov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov