6 aylıq hamilə qadını belə fahişəliyə məcbur ediblər.
Türkiyə qadınları zorla fahişəliyə məcbur edən qruplaşma həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyada həyata keçirilən əməliyyatdan sonra 14 qadın polis tərəfindən xilas edilib.
Polis aldığı məlumatdan sonra 3 ay boyunca cinayətkar dəstəni izləyib. Ötən gün keçirilən əməliyyatda 21 ev və 8 maşında axtarış aparılıb. Nəticədə 2 Gürcüstan, 6 Moldova, 4 Özbəkistan, 2 Qırğızıstan əsilli 14 qadın qruplaşmanın əlindən xilas edilib. Qadınları zorla fahişəliyə cəlb edən 12 şübhəli isə nəzarətə alınıb.
32 yaşlı moldovalı N.K-nın isə 6 aylıq hamilə olmasına baxmayaraq, fahişəliyə məcbur edildiyi öyrənilib.
Polis sorğusu davam edən 12 şübhəli haqqında araşdırmanı davam etdirir.
Rüstəm