27 Aprel 2022 09:50
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Elxan Novruzbəyovun barəsində olan ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Elxan Novruzbəyov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Aparılmış araşdırmalar nəticəsində onun ölkəni tərk edərək, əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçib.

Orada cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib.

İstintaq müddətində məlum olub ki, Elxan Novruzbəyov Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olub.

İstintaq orqanı tərəfindən Elxan Novruzbəyovun barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov