Bu gün Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1961-ci il təvəllüdlü Əflatun Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əflatun Abdullayev 9 il 6 ay azadlıqdan məhrum edilib.
Əflatun Abdullayev Cinayət Məcəlləsinin 178.1-ci (etibardan sui-istifadə etmək yolu ilə dələduzluq), 178.2.2. (təkrar dələduzluq törətmək) maddələri ilə ittiham edilib.
Hacı Zeynalov