29 Aprel 2022 16:23
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda tanışını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun cinayət işi üzrə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Zeynal Zeynalov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyunun 20-də, saat 18 radələrində Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Müəllif: Hacı Zeynalov