7 May 2014 16:36
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə mayın 6-da, saat 04.00-da qeydə alınıb.

Məlumata görə, rayonun Qalağayın kəndinin ərazisində, rayon sakini Nəsimi Abdullayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili kanala aşırıb. Avtomobilin sürücüsü hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: