3 May 2022 08:14
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı tam ticarət embarqosuna çağırıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna Prezidentinin sözlərinə görə, belə bir addım Avropa İttifaqının 6-cı sanksiyalar paketinin əsasına çevrilməlidir.

Prezident Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi üzərində Aİ ilə birgə işdən danışıb.

Onun sözlərinə görə, sanksiyalar Rusiyanın enerji gəlirlərinin qarşısını almaq üçün aydın addımları ehtiva etməlidir: "“İndi biz növbəti sanksiya addımlarına hazırlaşmalıyıq. Hər halda, Rusiya ilə bütün ixrac və idxal əməliyyatları bloklanmalı olacaq ki, terror dövləti yanacaq üçün gündəlik bir milyard avro almasın”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər