26 Noyabr 2014 19:40
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə magistral yolun Ağdaş rayonu, Qaradeyin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Abbasov Dursun Nizami oğlunun idarə etdiyi 20-DJ-968 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn “Ford” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü D. Abbasov aldığı xəsarətlərdən ölüb, onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abbasova Söhbət Kazım qızı və sərnişini, Samux sakini, 1954-cü il təvəllüdlü Yusubova Tərbiyə Murad qızı ağır bədən xəsarətləri ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda T. Yusubova xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindədir, S. Abbasovanın vəziyyəti isə orta-ağırdır.

Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. Onlar deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: