Türkiyənin Kütahya bölgəsində məktəb şagirdləri dərsdən çıxmalarına icazə verməyən müəllimlər döyərək ayağını qırıblar.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Tavşanlı Sənaye Peşə Liseyində oxuyan dörd nəfər 11-ci sinif şagirdi dərs zamanı məktəbdən çıxmaq istəyib. Bu zaman məktəbdəki növbətçi müəllim Kazım Sezer (46 yaş) dərs saatı olduğunu deyib və onların məktəbdən çıxmasına icazə verməyib.
übahisə yaranıb və şagirdlər Sezeri döyərək, onun ayağını qırıblar.
Müəllim 112 təcili xidməti tərəfindən xəstəxanaya yerləşdirilib.
Polis hadisədə iştirak edən F.T. və yoldaşlarını həbs edib. Şagirdlər ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Nihad