6 May 2022 17:26
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib

Teleqraf.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, dövlət ittihamçısı M.Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər