27 Noyabr 2014 11:58
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz kənd sakini Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Dilavər Əhmədov 2 may 2014-cü il tarixdə, saat 12.00-da ailə üzvləri ilə birlikdə kirayəşin yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsindəki evdə həyat yoldaşı Gövhər Əhmədova ilə mübahisə edib. Gövhər özünə və uşaqlarına məxsus paltarlarını yığaraq atası evinə getmək istəyib.

Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Dilavər onun getməsinin qarşısını almağa çalışıb. Lakin Gövhər Əhmədova təkidlə evdən gedəcəyini və uşaqları da özü ilə apracağını bildirib. Gövhər Əhmədova həmin vaxt ərini nalayiq sözlərlə təhqir edib. Bu zaman Dilavər həyat yoldaşını öldürmək qərarına gəlib. O, Gövhər Əhmədovanı evin qonaq otağındakı kreslonun ustündə otuzduraraq hər iki əli ilə boğazından tutaraq boğub.

Həmin vaxt Gövhər boğulma nəticəsində ölüb. İlkin istintaq araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Gövhər Əhmədova bir müddət əvvəl “Odnoklassniki”də bir kişi ilə tanış olub. Həmin kişi Gövhərin keçmiş sevgilisi olub. Sosial şəbəkədə yenidən sevgilisini tapan kişi Gövhərlə münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov bu məsələdən xəbər tutub. Əvvəllər ər-arvad arasında mübahisə olmayıb. Sonradan da mübahisə bunun üstündə düşüb. Dilavər arvadını xəyanət üstündə boğaraq öldürüb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Dilavər Əhmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın verilməsini xahiş edib. Son sözlə çıxış edən Dilavər Əhmədov cəzasının yüngül təyin olunmasını istəyib.

Tərəflərin çıxışından sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Dilavər Əhmədovun barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Dilavər Əhmədov 2003-cü il noyabr ayında Səbail rayonu polis bölməsində polis vəzifəsinə işə düzəlib. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi rayon polis idarəsinə polis nəfəri vəzifəsinə keçirilib. 2011-ci ildə daxili çanaq pozqunluğu ilə təqaüdə çıxıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər