10 May 2022 11:47
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən İranə Talışxanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm elan olunub.

İranə Taışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, özünü "RUN Group" şirkətinin prezidenti kimi təqdim edən İranə Talışxanova bir qrup iş adamına qarşı dələduzluq edib.

Dələduzluqla üzləşən şəxslər həm Azərbaycanın, həm də Türkiyənin ən məşhur tikinti şirkətlərinin rəhbər şəxsləri olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər