11 May 2022 13:12
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm elan olunub.

Şəhriyar Ələsgərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda baş verib.

Pirşağı qəsəbəsində 32 yaşlı Şəhriyar Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Şəhriyar Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər