27 Noyabr 2014 13:21
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun bir gündə iki ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.


Kənd sakini Ramiz Rüstəmov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmkəndlisi Əli Tağıyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Daha bir yol qəzası Saatlı rayonunun Seyidlər kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə ruhi xəstə olan Məmməd adlı şəxs vurulub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: