Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını boğaraq öldürən 1979-cu il təvəllüdlü Emin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəhanə Nağıyevanı namaz qıldığı yerdə elektrik naqili ilə boğaraq öldürüb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Emin Heydərov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov