Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Xəyal Rəhimov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Vasif Qəniyev tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Xəyal Rəhimov sevgilisi olan qızla bir yerdə dayandığı zaman Vasif Qəniyev söyüş söyüb. Vasifin söyüşləri Xəyal Rəhimova xoş gəlməyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Qəniyev Xəyalı bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov