Məlum olduğu kimi, gələn il orta məktəblərdə XI siniflərin buraxılış imtahanlarında fənlərin sayı artırılıb. Ana dili və riyaziyyatdan başqa məzun olacaq şagirdlər xarici dildən də imtahan verəcəklər.
Teleqraf.com-un Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) aldığı məlumata görə, Azərbaycanın bəzi orta məktəblərində XI sinif şagirdləri buraxılış imtahanında kimyadan imtahan verəcəklər.
Belə ki, xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim ediləcək.
NİGAR