18 May 2022 14:35
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən 1991-ci il təvəllüdlü Rövşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Rövşən Nəcəfov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin oktyabrında baş verib.

Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı anası, 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovanı bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Rövşən Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər