Zaqatalada axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib.
Nəticədə evin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.