7 May 2014 20:06
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Şəmkir rayon sakini Cavanşir Eyvazovun məhkəməsi başa çatıb.

İttihama görə, 1987-ci il təvəllüdlü Cavanşir Eyvazov ötən il martın 17-də yaşadığı Şəmkir rayonunun Qaracəmirli kəndində Daşdəmir Məmmədovun oğlunun sünnət toyunda iştirak edib. Sərxoş olan Cavanşir toy axşamı mərasimə qonaq olan Ələsgər Quliyevi heç bir səbəb olmadan öldürmək istəyib. O bu məqsədlə Ələsgərin əyləşdiyi masaya yaxınlaşaraq, bıçaqla ona bir neçə zərbə vurub.

Ələsgər Quliyev toy mərasimində iştirak edənlərin köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Cavanşir Eyvazov isə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Cavanşir Eyvazov 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif: