Bakı şəhər Baş Polis İdarəsi gənc qızın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. İdarədən Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini 1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı qətlə yetirən müəyyən edilib.
Cinayəti törədən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilovanın olması üzə çıxıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.
10:42
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Binə qəsəbəsində törədilib. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Abdullayevanın meyiti tapılıb. Araşdırmalar zamanı onun bıçaqlanaraq qətlə yetirilməsi müəyyən edilib.
Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov