28 Noyabr 2014 12:52
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda dələduzluq cinayəti törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Emin Quliyev tutulub.

Emin Quliyev bu ilin yanvar ayında Bakı şəhər sakini İdris Paşayevin etibarından sui- istifadə edərək, 8000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər