Bakının Xəzər rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şağan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Şağan qəsəbə sakini Əliquşad Həsənovun evindən 350 manat oğurlanıb. Əliquşad Həsənov oğurluq hadisəsinin baş verməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə şikayət edib. O, şikayətində evindən oğurluq edən qadının adını da deyib. Bildirib ki, evindən oğurluq edən Əminə adlı qadındır.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Əminə Abdullayeva tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov