Bakı polisi axtarışda olan şəxsləri məsuliyyətə cəlb edib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü Nicat Ələkbərov tutulub. O, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olub.
Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan 1967-ci il təvəllüdlü Alihə Ələkbərova saxlayıb.
Hacı Zeynalov