Bu gecə Lənkəran rayonunda zəlzələ baş verib.
Teleqraf.com-a AMEA Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04.39.24-də Lənkərandan 2 km qərbdə qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.0 bal gücündə hiss olunub. Yerin 37 km dərinliyində meydana gəlmiş təbii fəlakət hiss olunmayıb.