30 Noyabr 2014 20:41
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa şəhərində bir kişi sosial şəbəkələrdə oğlanlarla yazışması səbəbindən ögey qızını bıçaqlayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Bursanın Osmanqazi rayonunun Adnan Menderes məhəlləsində yaşayan C.K (37 yaş) 17 yaşlı ögey qızı A.Ş. ilə Facebook-da kişilərlə mesajlaşdığı üçün mübahisə edib.

C.K mübahisənin böyüməsinin ardından bıçaqla qızını sinəsindən yaralayıb. Ana Ş.K. telefonla 112 təcili xidmət qrupundan kömək istəyib.

Hadisə yerinə gələn tibb işçilərinın Bursa Dövlət Xəstəxanasına apardıqları gənc qızın həyatina təhlükə olduğu bildirilir.

Şübhəli isə qısa müddət ərzində polis tərəfindən həbs edilib. Polisdə ifadə verən ana həyat yoldaşından şikayətçi olmadığını söyləyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər