İngiltərədə 6 uşaq anası, internetdə tanış olduğu adamla bərabər olmaq üçün uşaqlarını ataraq Avstraliyaya gedib.
Teleqraf.com Milliyyet.com.tr-ə istinadən xəbər verir ki, ən böyüyünün 14, ən kiçiyinin isə 6 yaşı olan uşaqlar, evdə tək qaldıqları üçün nənələrinə zəng ediblər. Evə gələn nənə, uşaqların ac olduğunu, evdən pis qoxu gəldiyini, qızının isə evdə olmadığını görüb. Polisə müraciət edən nənə, qızının "Marketə gedirəm" deyərək evdən çıxdığını və Avtraliyaya getdiyini öyrənib.
Polisin çağırışına məhəl qoymayan qadın, 6 həftə Avstraliyada qaldıqdan sonra ölkəsinə geri qayıdıb. 7-ci uşağa hamilə qalan qadın, 6 aylıq azadlıqdan məhrum edilib. Nənələri ilə yaşayan uşaqlar isə məhkəmədə anaları üçün darıxdıqlarını deyiblər.