30 Noyabr 2014 23:02
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ələt-Astara magistral avtomobil yolunun 49-cu kilometrliyi, Salyan rayonu ərazisindən keçən hissəsində “Toyota” və “Vaz” markalı minik avtomobilləri toqquşub.

Nəticədə deformasiyaya uğramış “Vaz” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1968-ci il təvəllüdlü Ağayev İman Haqverdi oğlunun cəsədi, Muğan Regional Mərkəzin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər