Bakının Nizami rayonunda şübhəli əşyanın olması barədə məlumat daxil olub.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin mütəxəssisləri cəlb olunub.
Onların keçirdiyi əməliyyat-axtarış zamanı təhlükəli əşya aşkar edilməyib.