Bakıda vətəndaş mənzilində köməksiz vəziyyətdə aşkar olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq zərərçəkmişi xilas edib və aidiyyəti üzrə təhvil veriblər.